Avtomobili kanala aşıran sürücü öldü

Avtomobili kanala aşıran sürücü öldü

31 Mart 2016 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Seydan kəndində qeydə alınıb.

Rayon sakini Rauf Zeynalov idarə etdiyi "VAZ-2107" markalı avtomobili kanala aşırması nəticəsində hadisə yerində ölüb.

Qeyd edək ki, Salyan rayonunda dünəndə ağır yol-nəqliyyat hadisəsi baş verib. Akkuşa çayına aşmış "KamAZ" markalı avtomobil sudan çıxarılıb.

Həmin gün avtomobili idarə edən Qobustan rayon sakini Araz Qaçayevin və sərnişini Bakı şəhər sakini Mahir Həbibovun meyitləri sudan çıxarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mediainfo.az