İstanbul - Uşaqların ən çox təcavüzə məruz qaldığı şəhər

İstanbul - Uşaqların ən çox təcavüzə məruz qaldığı şəhər

31 Mart 2016 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Cinsi zorakılığa məruz qalan azyaşlı uşaqların sayına görə İstanbul şəhəri liderlik edir. 2014-cü ildə Türkiyədə 11 min 95 nəfər uşaq cinsi zorakılığa məruz qalıb. Zorakılığa məruz qalanların 18,5 %-nın yaşı 11-dən az olub.

Teleqraf.com Türkiyənin Statistika Komitəsinə istinadən bildirir ki, Türkiyədə 1377-si oğlan, 9718 nəfəri qız uşağı olmaqla 11 mindən çox azyaşlı cinsi zorakılığa məruz qalıb. Cinsəl zorakılığa məruz qalanların 57 faizini 15-17, 23,9 faizini 12-14, 18,5 faizini isə 11 yaşından az olan uşaqlar təşkil edib.

Statistik rəqəmlərə əsasən, İstanbul bu məsələdə ilk sıradadır. Cinsi zorakılığa məruz qalan uşaqların illərə görə sayına əsasən, iri şəhərlər liderlik edir. İstanbul 1234, İzmir 786, Adana isə 528 nəfərlə ilk üç sıranı bölüşüblər.

Mediainfo.az