"Muğanbank"da saxtakarlıq aşkarlandı!

"Muğanbank"da saxtakarlıq aşkarlandı!

31 Mart 2016 12:02
Bəyəndim (0) Bəyənmədim (0)
Kredit Departamentinin müdirinə qarşı cinayət işi açıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Apellyasiya Məhkəməsinin "Muğanbank" ASC-nin Kredit Departamenti müdirinin qanunsuz əməlləri barədə xüsusi qərardadı araşdırılıb.

Araşdırma zamanı məlum olub ki, "Muğanbank" ASC-nin Kredit Departamentinin müdiri Samir İsmayılov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşın razılığı olmadan saxta etibarnamə əsasında ona məxsus mənzili qanunsuz olaraq qeyd olunan bankın xeyrinə ipoteka ilə yüklü edib.

S. İsmayılovun vəzifə saxtakarlığı etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mediainfo.az