Mülk və maddi vəsait üzərində vərəsəlik hüququ olanlara yeni status veriləcək

Mülk və maddi vəsait üzərində vərəsəlik hüququ olanlara yeni status veriləcək

31 Mart 2016 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda kommersiya və maddi vəsait üzərində vərəsəlik hüququna malik olanlara yeni status, eyni zamanda bununla bağlı notariata yeni səlahiyyətlər veriləcək.

Milli Məclisbununla bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna 15.9.5-1 və 15.9.6-1 maddələri əlavə edilir. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında 15.9.5-1 maddəyə görə notariusa və 15.9.6-1 maddəyə görə isə təsisçilərin (iştirakçıların ) vərəsələrinə verilə biləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 5-də müzakirəyə çıxarılacaq.

Mediainfo.az