Qarabağda yaşayan ermənilərin dəqiq sayı məlum oldu - STATİSTİKA
2015-ci ilin dekabrında Dağlıq Qaravağda keçirilən siyahıyalmanın ilkin nəticələri məlum olub.
Modern.az saytı Ermənistan KİV-nə istinadla xəbər verir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında 146 min 260 nəfər yaşayır. Qondarma "Dağlıq Qarabağ Respublikasının Statistika Xidməti"nin məlumatına görə, həmin sakinlərin 70 min 512 nəfəri şəhərlərdə, o cümlədən 50 mini Xankəndində yaşayır.
"Qarabağın Statistika Xidməti" siyahıyalamanın yekun nəticələri barədə 2016-cı ilin noybarında yekun hesabat dərc edəcəyini və həmin sənəddə 55 aspekt üzrə Dağlıq Qarabağda yaşayan sakinlərin milliyəti, məşğuliyyəti və sosial tərkibi barədə məlumat verəcəyini bildirib.
Dağlıq Qarabağda sonuncu dəfə 2005-ci ildə siyahıyalama keçirilmişdi. Həmin vaxt bölgədə 137 min 737 nəfərin yaşadığı müəyyən olunmuşdu.
Son 10 ildə Azərbaycanın işğal olunmuş torpaqlarında yaşayan əhalinin sayı cəmi 8,5 min nəfər artıb.
Mediainfo.az