Şəhidimizin medalı ailəsinə təhvil verildi - FOTO

Şəhidimizin medalı ailəsinə təhvil verildi - FOTO

30 Mart 2016 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun şəhid zabiti Qalib Laim oğlu Zülfüqarlının müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı bu gün ailə üzvlərinə təqdim edilib.

Bu münasibətlə şəhidin doğulduğu Lənkəran rayonunun Vilvan kəndində medalın təqdim olunma mərasimi keçirilib. Mərasimdə MN-nin nümayəndəsi, polkovnik Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş Qalib Zülfüqarlının daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər.

Daha sonra şəhidin layiq görüldüyü medal onun qardaşı Qabilə təqdim olunub.

Qeyd edək ki, 24 yaşlı taqım komandiri, leytenant Qalib Zülfüqarlı martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub. (apa)

Mediainfo.az