Putin-Medvedev qarşıdurmasının növbəti raundu

Putin-Medvedev qarşıdurmasının növbəti raundu

12 Aprel 2011 11:09
Bəyəndim (0) Bəyənmədim (0)
"Rosneft"in prezidenti istefa verib

Rusiya Baş Naziri Vladimir Putinin köməkçisi İqor Seçin ölkənin ən böyük neft şirkəti olan Rosneftin prezidentliyi vəzifəsindən istefa verib. Ölkə prezidenti Dmitri Medvedevin əmri ilə hökumət nümayəndələri 1 avqusta qədər dövlət şirkətlərindəki vəzifələrindən istefa verməlidirlər. Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi Aleksandr Nekipelov Rosneft şirkətinə vəkil köməkçisi vəzifəsinə təyin olunub. Rosneft və digər dövlət şirkətlərində yenilənmə prosesinin çox ləng getdiyini Medvedev əvvəlki açıqlamalarında bir neçə dəfə söyləyib.

Əslində, bu, daha çox Putin-Medvedev qarşıdurmasının növbəti fazasıdır. Rusiyada yaxınlaşmaqda olan prezident seçkiləri ərəfəsində iki qoçun başı bir qazanda qaynamır

Hafiz Əhmədov

O.M.