MN polkovniki işdən qovuldu
Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad olunub, nazir Zakir Həsənovun əmrilə rütbəsi aşağı salınıb və barəsində cinayət işi açılıb.
Bu haqda "AzPolitika.info"ya məlumat hərbi mənbələrdən daxil olub. Polkovnik Yaqub Əhədov Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin martın 3-də Bakıya reallaşan qəfil səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb.
Polkovnik Y.Əhədovun işindən uzaqlaşdırıldığını, rütbəsinin aşağı salındığını və işinin Hərbi Prokurorluqda araşdırıldığını digər mənbələr də təsdiq ediblər.
Eyni zamanda virtualaz da xəbər verir ki, Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər. Nazirlikdən verilən məlumata görə polkovnik Yaqub Əhmədov "xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə" işdən çıxarılıb.
Mediainfo.az