Ukraynanın baş prokuroru istefa verib

Ukraynanın baş prokuroru istefa verib

29 Mart 2016 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Ali Radası baş prokuror Viktor Şokinin istefasını təsdiqləyib.

apa-nın RIA "Novosti"yə istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko daha əvvəl fəaliyyətindən bəzi parlamenti fraksiyalarının narazı olduğu V. Şokindən istefaya getməsini istəyib.

Bundan sonra Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko istefa ərizəsinin administrasiyaya artıq daxil olduğunu deyib

Ukrayna qanunvericiliyinə əsasən, baş prokurorun işdən azad edilməsi və təyinatı səlahiyyəti prezidentə aiddir. Lakin qərar əvvəlcə parlament tərəfindən təsdiqlənməlidir.

Mediainfo.az