Londonda xeyli etirazçı həbs edilib

Londonda xeyli etirazçı həbs edilib

9 Avqust 2011 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Londonda etirazların yatırılması zamanı 225 nəfər həbs olunub. 36 nəfərə qarşı isə ittiham irəli sürülüb. Kömək üçün Esseks və Saffolk qraflıqlarından polis qüvvələri Londona gətirilir. Bu gecə iğtişaşlar Londonun İlinq və Kamden rayonlarına da yayılıb. Hadisələrlə bağlı Britaniyanın baş naziri Devid Kemeron öz məzuniyyətini yarımçıq başa vuraraq İtaliyadan evinə dönüb. O bu gün fövqəladə hökumət komitəsinin iclasını keçirəcək. Daha öncə ölkənin daxili işlər naziri Tereza Mey də məzuniyyətini yarımçıq qoyaraq paytaxta qayıdıb.

Hökumət ayağa qalxan xalqı həbslərlə yerinə oturtmaq istəyir.

Tofiq Əliyev

O.M.