
Azərbaycan Müdafiə Nazirliyi: Düşmən təxribatının qarşısı alınıb
Silahlı Qüvvələrinin bölmələri tərəfindən martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin açdığı sərrast atəşlə elə ilk mərmilərlə düşmənin hərbi nəqliyyat vasitələri və mövqeləri sıradan çıxarılıb.
MN bir daha bildirir ki, Silahlı Qüvvələrimiz düşmənin mülki deyil, yalnız hərbi obyektlərini hədəfə alır. Qarşı tərəf isə həmişə olduğu kimi yenə də öz itkilərini ictimaiyyətindən gizlədir.
Mediainfo.az
Digər xəbərlər