Türkiyədə daha bir dəhşətli terror: 3 ölü, 24 yaralı

Türkiyədə daha bir dəhşətli terror: 3 ölü, 24 yaralı

25 Mart 2016 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı dünən Diyarbəkirdə törədilmiş terror aktı ilə bağlı açıqlama yayıb.

Türkiyə mediası xəbər verir ki, rəsmi məlumatda Diyarbəkir-Bingöl magistral yolunda törədilmiş partlayış nəticəsində ölənlərin sayının 3, yaralıların isə 24 nəfər olduğu qeyd edilib.

PKK terror təşkilatının törətdiyi partlayışla bağlı hərbi məhkəmə dərhal yayın qadağası tətbiq edib və ərazidə media mənsublarının görüntü əldə etməsi yasaqlanıb.

Partlayıcı ilə doldurulmuş avtomobilin partladılması nəticəsində yaxınlığındakı polis postu qismən çöküb. Maşından düşərək uzaqlaşan terrorçuların yaxalanması istiqamətində əməliyyat başlayıb. Magistral yolda hərəkət məhdudlaşdırılıb.

*****

03:03

Diyarbəkir-Bingöl magistral yolundakı jandarma postu qarşısında minalanmış avtomobil partladılıb, nəticədə 3 hərbçi həlak olub, daha 22 nəfər isə yaralanıb. APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə 23.00 radələrində törədilmiş partlayışdan sonra jandarma postu naməlum şəxslər tərəfindən avtomat silahlardan atəşə tutulub. Hərbçilər cavab atəşi açıblar.

Hücum çəkənlərin məhv edilməsi istiqamətində əməliyyat aparılır. Hücumun PKK terrorçuları tərəfindən törədildiyi ehtimal olunur. (lent)

Mediainfo.az