Bakıda səfirlik əməkdaşları qəzaya düşüb
Bakıda səfirlik əməkdaşlarının yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Məlumata görə, hadisə Səbail rayonu, Neftçilər prospektində bir neçə gün öncə baş verib. Şamaxı rayon sakini, 1967-ci il təvəllüdlü Qəzənfər Nəzərovun idarə etdiyi 10 TH 507 nömrə nişanlı "London-Taxi" Cəbrayıl rayon sakini, 1960-cı il təvəllüdlü İsmayıl Quliyevin idarə etdiyi eyni markalı 10 AT 774 nömrəli və Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emil Mərdanovun idarə "VAZ-21214" markalı, 90 TT 126 nömrəli avtomobillər toqquşub.
Qəza nəticəsində Q.Nəzərovun idarə etdiyi avtomobilin sərnişinləri olan Türkiyə səfirliyinin əməkdaşları, səfirin üçüncü katibi, 1980-ci il təvəllüdlü Öznur Tübençokrak və müşaviri, 1977-ci il təvəllüdlü Makbule Koçak xəsarat alıblar. Yaralılar Mərkəzi Klinikaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Araşdırma aparılır.
Mediainfo.az