Mənzildə qadın meyiti aşkarlanıb

Mənzildə qadın meyiti aşkarlanıb

18 Mart 2016 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri Xətai rayonunda mənzildə 1942-ci il təvəllüdlü Natkino Lyudmillanın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb, N. Lyudmillanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mediainfo.az