Əhməd Davudoğlu 13 Mart teraktının qurbanlarını yad edib - FOTO

Əhməd Davudoğlu 13 Mart teraktının qurbanlarını yad edib - FOTO

17 Mart 2016 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankarada baş vermiş terror aktının qurbanlarını yad etmək üçün Kızılayda olub. O, həyat yoldaşı Sare Davudoğlu ilə bərabər şəhidlərin ruhuna dualar oxuyub, daha sonra yerə qırmızı qərənfillər düzüb. Əvəzində yerdəki türk bayraqlarını bir-bir yığaraq öpüb alnına qoyub, sonra isə bayraqları divarın üzərinə sərib. Ə.Davudoğlu açıqlamasında bildirib ki, bu terroru törədənlər cəzalarını mütləq alacaqlar!

Banu