Nigeriyada məscid partladılıb, 20 nəfər ölüb
Kamikadzelərdən biri məscidin içində, digəri isə məscidin çıxışında partlayıcı qurğunu işə salıb
Nigeriyanın Mayduquru şəhərindəki məsciddə törədilən nəticəsində 22 nəfər ölüb, 17 nəfər yaralanıb.
APA-nın "Ria Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, terror aktını iki kamikadze törədib. Kamikadzelərdən biri məscidin içində, digəri isə məscidin çıxışında partlayıcı qurğunu işə salıb.
Qeyd edək ki, Mayduquri "Boko Haram" terror qruplaşmasının təsir dairəsində olan şəhərdir.
Mediainfo.az
Digər xəbərlər