Ərdoğan suriyalı qaçqınlara edilən haqsızlıqdan danışıb - FOTO
Mediainfo.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İspaniyada Suriya qaçqınlarına qarşı edilən acımasızlıqdan danışıb. Ərdoğan Hollandiyanın "PSV" azarkeşlərinin qaçqınların qarşısına qəpik-quruş ataraq onları oynatmalarına, ardınca da kameralara çəkmələrinə sərt təpki göstərib:
"O vaxtlar, çox uzr istəyirəm, çirkin şəkildə bəzi şeylər olurdu, sonra pul atılırdı. Eyni cür Avropada baş verir. Onların xarakterində belə şeylər ola bilər, amma bizlərdə yoxdur! Utanmadan, sıxılmadan bunu edirlər. Artıq alan əl deyil, verən əl vardır – Türkiyə! Əgər bu zülmü dayandırmasaq, yer-göy başımıza düşəcək".
Banu
Digər xəbərlər