Hacıqabulda dəhşətli yol qəzası baş verib

Hacıqabulda dəhşətli yol qəzası baş verib

8 Avqust 2011 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Qazax yolunun 138-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Sumqayıt şəhər sakini Quliyev Tapdıq Məlik oğlu "Mercedes" markalı, 10 MZ 775 dövlət nömrə nişanlı avtomobili idarə edərkən onu aşırıb. Nəticədə onun özü və avtomobildə olan 4 sərnişindən 3-ü hadisə yerində həlak olub. Sərnişinlərdən biri isə Şirvan Şəhər Xəstəxanasında dünyasını dəyişib. Məlumata görə, sürücü və avtomobildə olan digər şəxslər T. Quliyevin hərbi xidmətdə olan oğlunun andiçmə mərasimindən qayıdırmışlar. Yol qəzasında həlak olanlardan 3-ün bir ailənin üzvü olduğu açıqlanıb. Faktla bağlı araşdırma aparılır.

Heç kəs qəzadan sığortalanmayıb. Buna baxmayaraq, ehtiyatı heç zaman əldən verməyin.

Tofiq Əliyev

O.M.