Ləğv edilmiş MTN generalının villasında usta işləmiş iki qardaş həbs edildi

Ləğv edilmiş MTN generalının villasında usta işləmiş iki qardaş həbs edildi

15 Mart 2016 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləmiş iki qardaş həbs edilib.

Bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

A.Məmmədov Aslanov Ramil Valeh oğlu və Aslanov Vasif Valeh oğlunun həbsi ilə əlaqədar üç aya yaxındır ki, onların hüquqlarını müdafiə etdiyini bildirib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan həbs müdəti iki ay uzadılıb. (Report)

Mediainfo.az