Azərbaycanlı jurnalistin üçəm nəvəsi olub - FOTO

Azərbaycanlı jurnalistin üçəm nəvəsi olub - FOTO

15 Mart 2016 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda azərbaycanlı ailəsində üçəm doğulub.

Martın 14-də Qardabani rayonun Nəzərli kəndindən olan Nuridə Abdullayeva Tiflisin Quduşauri doğum xəstəxanasında üçəm körpə dünyaya gətirib. Körpələrdən ikisi qız, biri oğlandır. Onlar Nuridə və Oqtay Abdullayevin ilk övladlarıdır.

Üçəmlərin babası ATV-nin Gürcüstan üzrə xüsusi müxbiri Nadir Almazoğludur. O, bunları deyib:

"Bir il əvvəl ailə quran qızım Nuridənin üç övladı olub. Qızımın və körpələrin durumu normaldır. Üçəmlərdən birinin çəkisi 1,9, digərləri 1, 95 kq-dır. Boyları isə 45, 46 və 47 sm-dir. Onlara Elif, Eylül və Elvin adları qoyulub" (apa)

Mediainfo.az