Sabaha olan hava proqnozu - duman, çiskin, çən, külək...

Sabaha olan hava proqnozu - duman, çiskin, çən, külək...

12 Mart 2016 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediainfo.az-a verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, gündüz əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Mediainfo.az