27 yaşlı çoban özünü güllələdi

27 yaşlı çoban özünü güllələdi

11 Mart 2016 17:56
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonunda intihar hadisəsi baş verib.

Bu gün günorta saatlarında rayonun Dağüstü adlanan ərazisindəki mal-qara saxlanılan qışlaqda yaşayan İmişli rayonu, Bəhrəmtəpə kənd sakini, 1989-cu ildə anadan olmuş Səfərov Təbəssüm Tahir oğlu özünü ov tüfəngi ilə vurub.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, qarın nahiyəsindən ağır xəsarətlər almış T.Səfərov Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Mərhum mal-qara saxlanılan həmin qışlaqda çobanlıq edirmiş.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Mediainfo.az