5 yaşlı uşaq həkim səhlənkarlığının qurbanı oldu - FOTO

5 yaşlı uşaq həkim səhlənkarlığının qurbanı oldu - FOTO

10 Mart 2016 18:28
Bəyəndim (0) Bəyənmədim (0)

Hövsan qəsəbəsi, Elçin Məmmədov ünvanında yaşayan, 2010-cu il təvəllüdlü Ömər Famil oğlu Fətəliyev həkim məsuliyyətsizliyinin qurbanı olub.

Körpənin atası Famil Fətəliyevin verdiyi məlumata görə, martın 6-da Ö.Fətəliyevin mədəsində ağrılar başlayıb. Valideynləri onu Əmircan qəsəbəsində yerləşən Birləşmiş Uşaq Xəstəxanasına aparıb. Bir gün orda qalsa da, həkimlər diaqnoz qoya bilməyib.

Sonra valideynlər uşağı Musa Nağıyev adına 1 saylı Şəhər xəstəxanasına – (Semaşko) aparıb. Orada da diaqnoz qoya bilməyən həkimlər xəstənin Qara Qarayev adına xəstəxanaya aparılmasını məsləhət görüb.

Valideynlər burada da eyni mənzərə ilə qarşılaşıb. Uşaq tibbi yardım göstərilmədən bir gün Qarayev adına xəstəxanada qalıb.

Daha sonra validenləri uşağı Tibb Universitetinin klinikasına aparıb. Lakin klinikada komaya düşən 5 yaşlı körpə az sonra keçinib.

Klinikada məlum olub ki, uşağın mədəsini yumaq üçün həkimlər zond uddurublar. Həkimlərin səriştəsizliyi nəticəsində uşağın mədəsi deşilib, daxili qanaxma baş verib.

Mediainfo.az