25 yaşlı oğlanı kəsdiyi ağac öldürdü

25 yaşlı oğlanı kəsdiyi ağac öldürdü

10 Mart 2016 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Verilən məlumata görə, hadisə rayonun Möhüc kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Səddam Şükürov kənd ərazisindəki meşə zolağında kəsdiyi ağacın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az