54 saylı orta məktəbdən əsgərlər üçün kampaniya

54 saylı orta məktəbdən əsgərlər üçün kampaniya

10 Mart 2016 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonunda yerləşən 54 saylı orta məktəbin şagirdləri artıq bir həftədir ki başladıqları hərbi kampaniyanı bu gün sona çatdırıblar. Qeyd edək ki, Vətənimizi xain düşmənlərdən qoruyan əsgərlər üçün nəzərdə tutulan kampaniyada valideynlər də iştirak edib.

Kampaniyanın şərtləri belədir ki, hər bir şagird könüllü olaraq evdən əsgərlərə aid olan əşyalar gətirir. Corab, sabun, əl dəsmalı, üz dəsmalı, alt paltarları, gecə paltarı və s. ibarət olan əşyalar sərhəddə gecəsini gündüzünə qatan əsgərlərimizə göndəriləcək.

Onu da əlavə edək ki, şagirdlər ürək sözlərini də məktub şəklində hərbçilərimizə yollama imkanı əldə edə biliblər.

Aqil M.