Erməni əsgərlər qəzaya düşüblər: 3 ölü, 2 yaralı

Erməni əsgərlər qəzaya düşüblər: 3 ölü, 2 yaralı

10 Mart 2016 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Yerevan-Mehri avtomobil yolunda baş verən yol-nəqliyyat qəzası nəticəsində Ermənistan ordusunun müqavilə əsasında xidmət edən 3 hərbçi ölüb, ikisi yaralanıb.

Report xəbər verir ki, bu haqda Ermənista KİV-i məlumat yayıb.

Hadisə nəticəsində ölən hərbçilərin adları da açıqlanıb: 30 yaşlı Karen Karapetyan (Armavir vilayətinin Şenavan kənd sakini), 35 yaşlı Vaan Qukasyan (Ararat vilayəti, Ayqezard kəndi), 30 yaşlı Ruslan Arutuyunyan (Armavir vilayəti Sisi kəndi).

Məlumata görə, qəza Karen Karapetyanın idarə etdiyi "Opel" markalı avtomobilin yoldan çıxaraq, dərəyə yuvarlanması nəticəsində baş verib.

Mediainfo.az