Avtobusda tiryək aşkar edilib

Avtobusda tiryək aşkar edilib

9 Mart 2016 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi "Scania" markalı sərnişin avtobusundakı yüklərə rentgen qurğusuyla baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı avtobusun yük yerindən boşaldılan üzəri dəri örtüklü yastığın içərisindəki parça və sellofan kəsiklərinin arasında kürə formalı 1ədəd kütlə aşkar olunub. Həmin kütlə açıldıqda isə içərisində üzəri toz halında istiotla örtülü daha bir kürə formalı bükümdə, xalis çəkisi 495,00 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az