Bu dəfə "Azərsu" cərimələndi - 3000 azn!

Bu dəfə "Azərsu" cərimələndi - 3000 azn!

9 Mart 2016 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Məhkəmə "Azərsu" ASC-ni cərimələyib.

Belə ki, Yasamal rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qərarı ilə "Azərsu" ASC İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 3 min manat miqdarında cərimə edilib.

Həmin qərarla razılaşmayan ASC-nin hüquq departamentinin rəisi Faiq Kazımov isə apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Mediainfo.az