Prezident ilk müsahibəsini verdi

Prezident ilk müsahibəsini verdi

12 Aprel 2011 10:10
Bəyəndim (0) Bəyənmədim (0)


Fil dişi Sahilində eks prezident Qbaqbonun həbsindən sonra yeni prezident Outtara BBC telekanalına müsahibə verib. Müsahibədə o, Qbaqbonun məhkəmədə hesabat verməsi üçün rəsmi iş getdiyini bildirib.

Outtara televiziyaya verdiyi müsahibədə bundan sonra ölkədə yeni bir dövrün başlandığını deyərək, xalqı sakitləşməyə çağırıb. Ölkədə mart ayından gedən vətəndaş müharibəsinin sona çatdığını da qeyd edib.

Xatırladaq ki, Fransa və BMT-nin 1 həftəlik müdaxiləsindən sonra eks prezident Qbaqbo dünən axşam saatlarında ailəsi ilə birlikdə polislər tərəfindən həbs olunmuşdu.

ABŞ prezidenti Barak Obama hadisəyə qiymət verərkən Laurent Qbaqbonun həbs edilməsini "Fil dişi Sahili xalqının demokratik iradəsinin zəfəri" olaraq qiymətləndirib.

Fil dişi Sahilində bərqərar olmuş demokratiya Qərb ölkələrini sevindirir. Ən azı ona görə ki, yeni prezident Outtara indən belə özünü bu ölkələrə borclu sayacaq. Yəni onların dedikləri ilə oturub-durmalı olacaq. Eyni ssenari digər ölkələrə də tətbiq olunur.

Elvin Babayev

O.M.