Qazaxıstan vətəndaşı ölkəsinə ekstradisiya edilib

Qazaxıstan vətəndaşı ölkəsinə ekstradisiya edilib

1 Mart 2016 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Manqıstau vilayətində özgə əmlakının mənimsənilməsi ilə bağlı axtarışda olan Qazaxıstan vətəndaşını ölkəsinə ekstradisiya edib.

apa-nın "Kazakhstan Today" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Respublikasının Baş prokurorluğunun məlumatında deyilir.

"Azərbaycan Respublikası ərazisində xuliqanlığa görə həbs edilmiş, Qazaxıstanda özgə əmlakının mənimsənilməsinə görə axtarışda olan 42 yaşlı Qazaxıstan vətəndaşı Afət Həsənov Baş prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib", - deyə məlumatda qeyd edlib.

A. Həsənovun ekstradisiyası barədə qərar Qazaxıstan Respublikasının sorğusu əsasında cari ilin fevralın 15-də qəbul edilib.

Mediainfo.az