Əsirlikdə olan Dilqəm Əsgəroov əfv üçün müraciət etməyib

Əsirlikdə olan Dilqəm Əsgəroov əfv üçün müraciət etməyib

1 Mart 2016 09:57
395
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma "məhkəmə"nin "hökmü" ilə ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov əfv üçün müraciət hüququndan istifadə etməyib.

apa-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan bildirib.

Qeyd edək ki, 2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Mediainfo.az