
Minsk şəhərində metroda partlayış baş verib
Belorusun paytaxtı Minsk şəhərində dünən gecə saatlarında metroda partlayış baş verib. Hadisə zamanı ən az 11 nəfərin öldüyü, 100-ə yaxın insanın yaralandığı bildirilir. Şahidlərin dediklərinə görə, partlayış metro stansiyada dayanandan sonra qapıların açıldığı vaxta baş verib. Metronun mühafizə xidmətindən verilən məlumata görə, bu hadisə terrorçular tərəfindən törədilib. Ölkə prezidenti Lukaşenko hadisə ilə bağlı mətbuata verdiyi açıqlamada terrorçuların metroda partlayış törətməklə ölkədəki stabilliyi və sülhü pozmaq istədiklərini bildirib.
O.M.
Digər xəbərlər