
Maşın gölə düşüb, bir nəfər ölüb
Paytaxtın Lökbatan qəsəbəsində ağır yol qəzası baş verib. "Vaz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı gölə düşüb. Nəticədə sürücü, 1953-cü il təvəllüdlü Məmmədov Şəfaqət Ağamirzə oğlu hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər