ARDNŞ "Atlant"dakı yanğınla bağlı rəsmi məlumat yayıb

ARDNŞ "Atlant"dakı yanğınla bağlı rəsmi məlumat yayıb

3 Avqust 2011 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 2-də saat 16:45 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasına məxsus kiçik həcmli "Atlant" sərnişin gəmisində yanğın baş verib. Bu gün Dövlət Neft Şirkəti bununla bağlı rəsmi məlumat yayıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının qısaqapanmadan baş verdiyi məlum olub. Baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün "Atlant" gəmisində təmir işlərinə başlanılıb.

Qısa qapanma hərdən böyük fəsadlar törədir.

Tofiq Əliyev

O.M.