
Xətai rayonunda avtomaşın iki piyadanı vurdu
Xətai rayonu ərazisində, şəhər sakini Rəşad Quluyev "TOFAŞ" markalı avtomaşını idarə edərkən Gəncə şəhər sakini 14 yaşlı Qamət Məmmədovu və Bakı şəhər sakini 17 yaşlı Tamerlan Məmmədovu vurub. Nəticədə Q.Məmmədov hadisə yerində ölmüş, xəsarət almış T.Məmmədova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Sürücülər və piyadalar yola çıxarkən unutmamalıdırlar ki, onları evdə gözləyən var.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər