AMEA -nın iki institutu niyə bağlanıb?

AMEA -nın iki institutu niyə bağlanıb?

5 Fevral 2016 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

"AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi məqsədə uyğun addımdır". Bunu KİV-əAMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

O qeyd edib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Eroziya və Suvarma İnstitutunun funksiyaları eyni olub: "Həm də Eroziya və Suvarma İnstitutu kiçik bir elmi-tədqiqat qurumu idi. Eyni zamanda, bu iki institutun funksiyaları üst-üstə düşürdü".

Qeyd edək ki, AMEA Rəyasət Heyəti bu iki institutun birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmasına qərar verib.

Mediainfo.az