
Paytaxtda ət sexində partlayış olub, 2 nəfər ölüb
Bu gün saat 09.30 radələrində Bakıda ət məhsulları istehsal olunan sexdə partlayış olub. Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindən bildirilib. Hadisə Ağa Nemətulla küçəsində yerləşən ət məhsulları istehsal edən sexdə meydana gəlib. Nəticədə sexdə olan şəxslərdən 2 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Lakin ölən və yaralananların adları açıqlanmır. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməliyyatçıları işləyir.
İş başında işə düşdülər.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər