Sabahdan havanın hərarəti 5-10 dərəcə aşağı düşəcək

Sabahdan havanın hərarəti 5-10 dərəcə aşağı düşəcək

3 Avqust 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 3-dən 4-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, şimşək çaxacağı, havanın temperaturunun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 28-33, bəzi yerlərdə 35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti təşkil edəcək.

Avqustun 5-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 4-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Avqustun 5-də bölgələrdə hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Havanın necə olmasından asılı olmayaraq, sizə aydın səma arzulayırıq.

Tofiq Əliyev

O.M.