
Yəmən prezidenti həqiqətən istefaya hazırdırmı?
Fars
körfəzindəki Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının iştirakçı ölkələrinin təklif
etdikləri plana cavab gəlib. Belə ki, bu gün Əli Abdulla Saleh rəsmi
açıqlama verib. Mətbuata verilən məlumatda o, "Biz qardaşlarımızın
Yəməndəki hazırkı böhranı həll etmək səylərini alqışlayırıq və konstitusiyaya
müvafiq olaraq hakimiyyəti sülh yolu ilə ötürməyə qarşı deyilik", -
deyib.
Qeyd edək ki, bunadək Yəmən lideri həmkarlarının ölkədəki böhranın həllinə dair
təkliflərini rədd edirdi. O, əcnəbilərin çəkinmədən Yəmənin daxili işlərinə
müdaxiləsindən qəzəblənir, "demokratiya" , "konstitusiya" və "azadlığa" zidd
istənilən razılaşmaya qarşı çıxacağını deyirdi.
Fars körfəzindəki Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası yanvardan bəri hökumət əleyhinə nümayişlərin sakitləşmədiyini gördükdən sonra Yəməndəki situasiyaya qarışmalı olub. Nümayişçilər Salehin istefasını və demokratik islahatlar tələb edirlər.
Deyirlər, ilan ulduz görməsə, canını tapşırmaz. Öz aramızdır, indiki halda Qərb ölkələri daha çox səhnə ulduzlarını xatırladırlar.
Elvin Babayev
O.M.