Məhkəmə ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə qərar qəbul edib

Məhkəmə ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə qərar qəbul edib

3 Fevral 2016 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində ANS müstəqil Yayım Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.

Məhkəmə şikayət üzrə qərar qəbul edib. Qərara əsasən, iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, MTRŞ ANS-in inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə qərar qəbul edib. ANS həmin qərardan Səbail rayon Məhkəməsinə şikayət edib. Lakin məhkəmə şikayəti təmin etmədiyindən, şirkət apellyasiya şikayəti verib.

Mediainfo.az