Pakistanda partlayış baş verib, 34 nəfər ölüb

Pakistanda partlayış baş verib, 34 nəfər ölüb

3 Avqust 2011 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Pakistanda onlarla insanın ölümü ilə nəticələnən terror aktı baş verib. 90-a yaxın avtomobilin partladılması nəticəsində 34 nəfər ölüb. Pakistanın daxili işlər naziri məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada bu qanlı hadisənin arxasında duranların ən sərt şəkildə cəzalandırılacağını vəd edib.

Ölkənin "iqtisadi paytaxt"ı sayılan Kəraçidə baş vermiş bu terror aksiyası şəhərdə siyasi nüfuz əldə etməyə çalışan partiyalar arası müharibə ilə əlaqələndirilir.

Qanlı hadisədən dərhal sonra partlayışlar törədilən məntəqələrə və yaxınlıqda olan yerlərə hərbi polis və daxili qoşunlar səfərbər edilib. Baş vermiş partlayışlarla bağlı məsuliyyəti hələlik hər hansı bir qruplaşma üzərinə götürməyib.

Terrorçular ölsə də terror ölmək bilmir.

Tofiq Əliyev

O.M.