Gürcüstanda iki azərbaycanlı sahibkar tutulub

Gürcüstanda iki azərbaycanlı sahibkar tutulub

2 Avqust 2011 18:16
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan Maliyyə Nazirliyinin əməkdaşları 3 nəfərdən ibarət dəstəni dələduzluq faktına əsasən saxlayıblar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, xalça alveri ilə məşğul olan bu sahibkarlardan ikisi azərbaycanlıdır.

Məlumata görə, sahibkarlar Nana Bololaşvili, Cəvahirat Məhərrəmov, Zöhrab Rəcəbov və "Finandazi" şirkətinin hələlik adı açıqlanmayan rəhbəri saxlanılıb. İstintaqdan bildirilib ki, onlar Tiflisdəki Lilo bazarında xalça satarkən sənədlərdə malın dəyərini real qiymətdən 20% aşağı yazıb, bununla, ölkə büdcəsinə ziyan vurublar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Onları 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Artıq tamah baş yardı.

Tofiq Əliyev

O.M.