Dünya kütləvi şəkildə silahlanır

Dünya kütləvi şəkildə silahlanır

11 Aprel 2011 17:36
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ siyahının lideridir

Dünyada silahlanma səviyyəsi artıb. Bunu Stokholm beynəlxalq sülh araşdırmaları institutundakı (SIPRI) təhlillər göstərib.

Araşdırmalara görə, 2008-ci il iqtisadi böhrandan sonra silahlanma dərəcəsi 5.9 % artaraq, rekord həddə - 1,6 trilyon dollara çatıb.

Bu siyahıda birinci yeri yenə də ABŞ tutub. Avropa ölkələri hərbi xərcləri 1.6 % azaldıblar. 2011-ci ilin sonuna qədər isə bu xərclərin daha da azaldılması nəzərdə tutulub.

SIPRI-nın hesabatında silahlanmanın artmasına əsas səbəbi kimi Yaxın Şərqdə - Misir, Liviya və Suriyada gedən proseslər, o cümlədən ABŞ-ın apardığı hərbi əməliyyatlar göstərilib.

Bizim tərtib edəcəyimiz siyahıda isə Qərb ölkələri axırıncı yerdə, ABŞ isə lap sonda durur. Yaxın Şərq ölkələri isə, əksinə, siyahının başında gedir. Bu, kütləvi silahlanmadan ölən günahsız insanların siyahısıdır.

Elvin Babayev

O.M.