Qəza törədən jurnalist imiş

Qəza törədən jurnalist imiş

11 Aprel 2011 16:15
Bəyəndim (0) Bəyənmədim (0)
İsti-isti məlumat

Bir qədər əvvəl məlumat vermişdik ki, təxminən 15:30 radələrində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində, "Respublika" xəstəxanasının qarşısında avtomobil qəzası baş verib. Bizə daxil olan operativ məlumatda bildirilir ki, 90-BD-251 dövlət nömrə nişanlı Opel Vektra markalı maşın yüksək sürətlə gəldiyi zaman nəzarəti itirmiş, Mercedes C klass markalı maşını arxadan vurmuşdur. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Onu da qeyd edək ki, Opel maşınında Press yazılı xüsusi lövhə var idi. Müxbirimizin bildirdiyinə görə, avtomobilin sürücüsü hansı mətbu orqanda işlədiyini bildirməkdən imtina etdi. Yol patrul xidmətinin əməkdaşları nədənsə çəkilişi görüb hadisə yerindən uzaqlaşdılar.

Araşdırma davam edir.

O.M.