
Goranboyda ağır yol qəzası
Avqustun 1-də saat 01.18 radələrində Goranboy rayonunun Safıkürd kəndi ərazisində Qaraçinar kənd sakinləri Nəsir Abdullayevin idarə etdiyi "VAZ-21074" markalı və Elşən Adıgözəlovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə N.Abdullayevin sərnişini, bacısı Rəna hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri, anası Pəri, qardaşı Misir və Günay Məmmədova isə xəstəxanaya yerləşdiriliblər. Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Qaraçinar kənd sakinlərinin avtomobilinin qabağından "qara pişik" keçdi.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər