Avqustun 4-dən hava sərinləyəcək

Avqustun 4-dən hava sərinləyəcək

1 Avqust 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda avqustun 4-dən havanın temperaturu tədricən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, yaxın 2 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti ilə yanaşı, atmosfer təzyiqinin normadan xeyli aşağı olması əhali üçün əlverişsizdir. Xüsusilə gündüz saatlarında açıq havada olmaq məsləhət deyil. Uzun sürən anomal isti hava şəraitindən sonra avqustun 4-dən güclü xəzri küləyi ilə əlaqədar temperaturun tədricən aşağı enməsi əhalidə rahatlıq hissi yaradacaq. Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-28, gündüz 35-40, yarımadanın bəzi yerlərində 42 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 2-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-29, gündüz 39-42, bəzi yerlərdə 44, dağlarda gecə 19-24, gündüz 34-38 dərəcə təşkil edəcək.

Təki həyatımızda xəzri küləyi əsməsin.

Günel Həbib