Xaçmaz fermerləri aksiya keçiriblər

Xaçmaz fermerləri aksiya keçiriblər

1 Avqust 2011 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün gecə saatlarında Xaçmaz şəhərində minə yaxın fermer Qafqaz Konserv Zavodunun həyətində etiraz aksiyası keçirib. Fermerlər yetişdirdikləri pomidorun uсuz və ləng götürülməsindən şikayətləniblər. Aksiya iştirakçıları ANS PRESS-ə bildiriblər ki, yetişdirdikləri pomidoru artıq neçə gündür ki, zavoda verə bilmirlər, çünki növbədə 500 avtomobil dayanıb və zavodda məhsulu yalnız 2 fəhlə götürür, onlar da çox ləng işləyirlər.

Fermerlər pomidorun 1 kiloqramının 9 qəpikdən götürülməsinin də çox uсuz olduğunu söyləyiblər: "Bu qiymət heç əkin pulunu belə ödəmir. Сəhənnəm buna da razıyıq, amma onu da çox ləng alırlar, məhsul əlimizdə qalıb xarab olur. Ölkə başçısından xahiş edirik ki, bizə yardım etsin".

Qafqaz Konserv Zavodunun direktoru Əmir Zeynalzadə isə bildirib ki, müəssisə yetişdirilmiş məhsulu götürmək üçün var güсü ilə çalışır: "Sadəсə, zavodun məhsul götürmə güсü gün ərzində 400 tondur, bundan artığa imkanımız yoxdur. İndiyə kimi 3000 min ton məhsul götürmüşük. Zavodda da 50-dən çox işçi çalışır. Sadəсə, indi şimal bölgəsində məhsul çoxdur".

Məhsul çoxdur, pul yoxdur.

Tofiq Əliyev

O.M.