Agent "008" Liviyaya gedib

Agent "008" Liviyaya gedib

11 Aprel 2011 15:44
Bəyəndim (0) Bəyənmədim (0)
Soğan olsun, nağd olsun


Almaniya hökuməti Qəddafi ilə danışıqlara Alman kəşfiyyatında agent 008 kimi tanınan Bernd Şmidbauer ( Helmut Kolu) göndərib. O, Muəmmar Qəddafi tərəfdarları ilə Tripoli şəhərində bir araya gəlib.

Liviya tərəfindən görüşdə Qəddafinin oğlu Seyfi-əl-İslam və adı açıqlanmayan yüksək rütbəli məmur iştirak edib. Görüşün əsas predmetini münaqişənin dərhal həll olunması təşkil edib.

Görüş barədə məlumat verən Şmidbauerin sözlərinə görə, hökumət konstitusiyanın müzakirəsi üçün bərabərhüquqlu danışıqlara hazırdır. Daha sonra o, Liviyaya almaniyalı əsgərlərin humanitar yardım üçün gedəcəyini açıqlayıb.

Bu da sənə ikili Qərb standartları - Almaniya bir tərəfdən müxalifətə dəstək verir, o biri tərəfdən Qəddafiyə. Onlar üçün fərqi yoxdur, soğan olsun, nağd olsun. Yəni ucuz neft olsun, kimdən gəlirsə gəlsin

Elvin Babayev


O.M.