Avtomobil körpüdən aşdı

Avtomobil körpüdən aşdı

1 Avqust 2011 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə saat 1.00 radələrində Ələt-Astara magistralının 113-cü kilometrliyində, Lənkəranın Bürcəli kəndi ərazisində ağır yol qəzası baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Nurəli Nurəddin oğlu Əliyev idarə etdiyi "Mitsubishi Motors " markalı, 42 BM 494 dövlət nömrə nişanlı avtomobil Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və sağdakı körpüdən aşıb. Nəticədə sürücü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Körpü həyatla ölüm arasında keçid rolu oynadı.

Tofiq Əliyev

O.M.