Seyran Ohanyanın səhhətində problemlər yaranıb

Seyran Ohanyanın səhhətində problemlər yaranıb

29 İyul 2011 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni mətbuatının yaydığı məlumata görə, bu ölkənin müdafiə naziri Seyran Ohanyanın səhhətində problemlər yaranıb. Müdafiə nazirinin uzunmüddətli müalicəyə ehtiyacı olduğu bildirilir. Məlumatda Ohanyanın Azərbaycan torpaqlarının işğalı zamanı aldığı yaranın özünü göstərdiyini yazır. Lakin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri David Karapetyan xəbəri təkzib edib. Məlumatda bildirilir ki, Seyran Ohanyan 6-7 aylıq müalicə kursu keçməlidir. Müalicəyə göndəriləcəyi təqdirdə onun vəzifəsini birinci müavini David Tonoyan icra edəcək.

Həyat var ki, ölümdən də zərərli.

Tofiq Əliyev

O.M.